Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar tam söndürülüb.
Oxu.Az bildirir ki, Xocavənd rayonun Çörəkli və Ağdam rayonunun Novruzlu kəndləri ərazisində baş verən yanğının Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən geniş ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülüb.
Hazırda tüstülənmə müşahidə olunan yerlərdə qabaqlayıcı tədbirlər görülür.
Xocavənd və Ağdam rayonlarında güclü yanğınlar başlayıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, yanğınlar Xocavənd rayonunun Çörəkli kəndi ərazisindəki meşə massivi və Ağdam rayonunun Novruzlu kəndi ərazisindəki açıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.