Xocasən-Lökbatan yolunda üç marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq üç müntəzəm marşrut xəttinin (102, 130, 155 №-li) fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.
Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.
13:12
Xocəsən-Lökbatan avtomobil yolunun ikinci kilometrində sabah axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Buna səbəb yolun sözügedən hissəsində yerləşən yerüstü piyada keçidində aparılacaq təmir-bərpa işləridir.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edir.