"Gələn ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə sakinlərin köçürülməsi planlaşdırılır. Kənddə artıq tikintiyə başlanılıb".
Oxu.Az-ın Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramından əvvəlki çıxışında deyib.
O qeyd edib ki, Kəlbəcərə özəl investisiyanın cəlb olunması istiqamətində müvafiq addımlar atılır:
"Ticarət və çoxfunksiyalı zonaların yaradılması üzrə irəli sürülən təşəbbüslərə aidiyyəti qurumlarla baxılmaqdadır. Bir neçə layihə icra prosesindədir. Ərazidə əhalinin ilkin istehlak tələbatını ödəmək üçün modul tipli sahibkarlıq obyektləri qurulub".
Məhərrəm Əliyev