“Yalama Aqropark”da baş verən yanğın zamanı heyvandarlıq kompleksinə ziyan dəyməyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın artıq məhdudlaşdırılıb. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.
Yanğın baş verən hissədə aqroparkın əkin sahələrindən il ərzində toplanan ot ehtiyatı olub.
16:20
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aqroparkın ot anbarlarından başlayan yanğının söndürülməsinə Xaçmaz və Qusar rayonlarından yanğınsöndürən briqadaları cəlb olunub.
Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.