Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"
13 yaşlı Kamillanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Elmira İsmayılova məlumat verib.
O bildirib ki, onun övladı bir neçə xəstəlikdən əziyyət çəkir.
"Kamillanın 13 yaşı var. Demək olar ki, doğulan gündən müalicələr etdiririk. Hər dəfə həkimə gedəndə onun yeni bir xəstəliyini öyrənirik. Bir neçə il əvvəl o, gözündən ağır əməliyyat keçirib. Hazırda isə böyrəklərində, yumurtalıqlarında və qaraciyərində problem var. Həkimlər ginekoloji bölgəsində iltihablaşma olduğunu və təcili ozon terapiya qəbul etməli olduğunu deyiblər. Bu terapiyanın bir seansı 70 manatdır, Kamilla isə bundan 15 dəfə istifadə etməlidir. Həkimlər bunu deyəndən biz cəmi bir dəfə bunu edə bilmişik".
Elmira İsmayılova övladına təkbaşına baxdığını deyib.
"Biz yoldaşımla illərdir ayrılmışıq, nə aliment verir, nə maddi hər hansısa dəstək olur. Özüm güc-bəla ilə Kamillanı bu günə kimi gətirib çıxarmışam. Son bir neçə aydır onun müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilirik. Hazırda Kamillanın müalicələrini edə bilmək üçün 1200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 706-05-21.
Leo Bank: 5411 2498 0319 7784.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər
Rəylər