Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yalnız anadan yardım ÇAĞIRIŞI: "Övladımın dəstəyə ehtiyacı var"
13 yaşlı Kamillanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Elmira İsmayılova məlumat verib.
O bildirib ki, onun övladı bir neçə xəstəlikdən əziyyət çəkir:
"Kamillanın 13 yaşı var. Demək olar ki, doğulan gündən müalicələr etdiririk. Hər dəfə həkimə gedəndə onun yeni bir xəstəliyini öyrənirik. Bir neçə il əvvəl o, gözündən ağır əməliyyat keçirib. Onun böyrəklərində və qaraciyərində də problem var. Qızımı bir neçə həftə əvvəl həkim müayinəsinə apardım, onun beynində problem aşkar edildi. Kamillanın göz təzyiqi qalxıb, bir gözü yenidən çəpləşib. Həkimlər Kamillanın müalicəsini təcili başlamalı və psixoloqa getməli olduğunu deyirlər".
Elmira İsmayılova övladına təkbaşına baxdığını deyib:
"Biz yoldaşımla illərdir ayrılmışıq, nə aliment verir, nə maddi hər hansısa dəstək olur. Özüm güc-bəla ilə Kamillanı bu günə kimi gətirib çıxarmışam. Son bir neçə aydır onun müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilirik. Hazırda Kamillanın müalicələrini edə bilmək üçün 2 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 706-05-21.
Leo Bank: 5411 2498 0319 7784.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki övladının da səhhətində problem olan ana yardım gözləyir: 600 manata ehtiyacları var
- 14 yaşlı Ruslanın anası: "Dərmanlarını içməyəndə özünü döyür, aqressivləşir"
- Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
- 7 aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Aişənin dəstəyə ehtiyacı var
Rəylər