Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

BMT rəsmisi Azərbaycana təşəkkür etdi: "Bir-birimizdən öyrənəcəyimiz çox məsələ var"
"Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Bakıya iki gün bundan əvvəl gəldiyim üçün, ölkənizin COP29-a necə hazırlaşdığını görə bilməmişəm. Buna baxmayaraq, gördüklərim hazırlığın yüksək səviyyədə və qaydasında olduğunu deməyə əsas verdi. Hətta hava limanından Bakı stadionuna qədər olan əraziyə belə çox rahat gəldik".
Bunu Oxu.Az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm və Tədqiqat İnstitutunun şöbə müdiri, çinli nümayəndə Mihoko Kumomoto deyib.
"Bakıda COP29-da iştirak edən hər kəs bir-birinə kömək etməyə can atır, tədbirin yaxşı keçməsinə çalışır. Mən buna görə Azərbaycan hökumətinə minnətdaram", - deyə BMT rəsmisi vurğulayıb.
O, bu istiqamətdə Azərbaycan və Çin arasında aparılacaq müzakirələrdən danışıb:
"Mən inanıram ki, Azərbaycan və Çinin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var. İqlim dəyişikliyinin həlli ilə bağlı hər iki ölkənin böyük təcrübəsi var. İki ölkə məlumat mübadiləsi apara və bir-birindən çox şey öyrənə bilər. Bu, həm də digər bir vacib sahəyə - Yaşıl iqtisadiyyata keçiddir. Əminəm ki, iki ölkənin bir-birindən öyrənə biləcəyi çox şey var".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- İtaliyalı parlamentarilər: "Xocalı soyqırımı ilə bağlı dezinformasiyalar qəbuledilməzdir"
- Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Leyla Əliyeva və Arzu Əliyevanı qəbul edib
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib