FHN Bakıdakı yanğınla bağlı məlumat yayıb.
Oxu.Az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb.
Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.