Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
"Avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir".
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a məlumat verilib.
Xidmətin rəisi Nazim Mahmudov vurğulayıb ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusilə də meşə sahələrində yanğın təhlükəsi riski artır.
"Bu səbəbdən əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır".
N.Mahmudov, həmçinin, xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən edildiyini də açıqlayıb.
"Gəncə-Qazax bölgəsində Tovuz və Ağdamda yüksək, Ağstafa və Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba və Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı və Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı və Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib".
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Türkiyədə xizək mərkəzində baş verən yanğında bir ailədən 14 nəfər həyatını itirib
- Sumqayıtda avtomobil yanıb
- Türkiyədə xizək mərkəzindəki yanğında ölənlərin sayı artıb
- Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN GÖRÜNTÜLƏR
- XİN: Türkiyədə hoteldəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Rəylər