Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sabiq üzvü, keçmiş deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında hər şeyin hüquq çərçivəsində həll olunduğunu deyərək, məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını qeyd edib.
S. Novruzov G. Əhmədovanın yenidən YAP-a üzv ola biləcəyini də istisna etməyib:
“Şərti azadlıq müddəti bitdikdən sonra müraciət edərsə, baxıla bilər”.