“Bu gün koronavirus testi aparılan laboratoriyalar pandemiya başlayandan bu məsələlərin içərisində olan şirkətlərdir”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, həmin laboratoriyalar son dörd ay ərzində onlarla çalışıb:
“Testlərin həmin laboratoriyalarda keçirilməsinin səbəbi budur. Hansı şirkətlərin ki bu sahədə təcrübəsi və ya müvafiq avadanlıqları var, onları seçdik”.
Könül Cəfərli