Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yaralı əsgərimizin gözü amputasiya olunub - FOTO
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlərdə meydana gələn hücumlar zamanı yaralanan əsgərlərdən 3-ü müalicəsi Türkiyədə müalicə edilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsi ilə Ankaraya aparılan əsgərləri, Esenboğa Hava limanı Baş Aviasiya terminalında baş nazir müavini Emrullah İşler, Səhiyyə nazirinin müavini Agah Kafkas, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, TİKA sədri Serdar Şam, Baş qərargah Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi general Ərtoğrul Qazi Özkürkçü, Səhiyyə Nazirliyi Təcili Səhiyyə xidmətləri baş direktoru Osman Arıkan Nacar qarşılayıb.
Yaralı əsgərlərin vəziyyəti ilə bağlı açıqlama verən Osman Arıkan bunları bildirib:
“Yaralılardan birinin həyatı təhlükəsi davam edir. Digər iki əsgər isə yaxşıdır. Onlardan birinin sağ ayağı dizdən kəsilib, digəri qarın boşluğundan güllə yarası alıb. Vəziyyəti ağır olan xəstənin bir gözü amputasiya olunub.”
"Bakı" teqi üzrə xəbərlər
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT