Fövqəladə Hallar Nazirliyinə (FHN) Yardımlı rayonu, Vərgədüz kənd sakini Validə Əşrəf qızı Məmiyevaya məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq iki ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Yardımlıda evi qəzalı vəziyyətə düşən qadın çadırla təmin edilib - FOTO/VİDEO