Türkiyədə terror aktı törətmək məqsədilə terrorçuların mağaralarda gizlətdikləri müxtəlif növ silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə “BOZDOĞAN-19” əməliyyatı keçirilib.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
“Terror aktı törətmək məqsədilə separatçı terror təşkilatına aid terrorçuların çöllük ərazilərdəki mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində dörd bölgədə həyata keçirilən “BOZDOĞAN-19” əməliyyatlarında 22 mağara və sığınacaq məhv edilib. Əməliyyat zamanı 19 qumbaraatan, qumbaraatanın 16 qumbarası, 10 əl qumbarası, müxtəlif diametrli və ölçülü 444 döyüş sursatı, həmçinin çoxlu silah və partlayıcı maddə ələ keçirilib”, - deyə paylaşımda bildirilib.
Bölücü Terör Örgütü (BTÖ) mensubu teröristlerin kırsalda eylem yapmak amacıyla mağara ve sığınaklara sakladıkları çeşitli silah, mühimmat ve patlayıcıların yok edilmesine yönelik gerçekleştirilen “BOZDOĞAN-19” operasyonlarında 4️⃣ ilde 2️⃣2️⃣ mağara, sığınak ve barınma alanı imha… pic.twitter.com/VLl7841HbX
— Ali Yerlikaya (@AliYerlikaya) April 1, 2024
Rəylər