Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Yardımlıda torpaq uçqunu olub: Ölən var](https://images.oxu.az/2022/12/29/14/51/33/9459923e-eacf-4001-8118-b6a2dd259f2b/w_1516342115732523447442_1000x669:1200.jpg)
Yardımlıda torpaq uçqunu olub: Ölən var
Yardımlı rayonunun Gavran kəndində torpaq uçqunu baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub. Bir nəfərin uçqun altında qalması ilə bağlı məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqunun altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Nazirliyin adından dələduzluq: İnansın deyə pulu qurumun binasının önündə aldı
- Bakıda beşmərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan var?
- Bir neçə müəssisənin lisenziyası LƏĞV EDİLDİ
- Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırıldı
- Bakıda dörd şirkətin əmlakına qadağa lenti bağladılar: Kustar üsulla hazırlanıb
Rəylər