Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaşa görə müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR
"Yaşa görə ödənilən 220 manat sosial müavinət olduğu üçün əmək pensiyaları kimi indeksasiya mexanizminə daxil deyil. Lakin dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla biz mütəmadi olaraq yaşa görə verilən müavinətin də artırılmasını müşahidə etmişik. Adətən minimum pensiyada artım baş verən zaman məhz həmin müavinətlərdə də artımlar olur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, fiskal yükünün hesablanması və bu istiqamətdə addımların atılması ilə bağlı qərarlar 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində bəlli olacaq:
"Pensiyaların indeksasiyası yeni ilin əvvəlindən hesablanır və eyni zamanda minimum pensiyada artımlar baş verirsə, ilin əvvəlinə təsadüf edir.
Gözlənilir ki, minimum əməkhaqqıda artımlar olacaq və bu istiqamətdə işlər gedir. Əgər minimum pensiyada artımlar baş verərsə, yaşa görə müavinətin artırılması ehtimalları kifayət qədər yüksəkdir. Amma bütün hallarda 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində dəqiq məlumat vermək mümkün olacaq".
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- Qaydalar təsdiq olundu: Kimlərə ayda 400 manat ödəniləcək?
- Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?
- Azərbaycanda kreditlərlə bağlı YENİ QAYDALAR: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək?
- Bəzi şəxslərin ödədiyi vergi bu gündən dörd dəfə azaldıldı
- Sabahdan hansı artımlar qüvvəyə minəcək?
Rəylər