"Yasamal qəbiristanlığında baxımsız olan qəbirlərin ətrafı təmizlənib".
Bu barədə Oxu Az-a Yasamal rayon bələdiyyəsinin sədr müavini Fuad Mirələmov məlumat verib.
O qeyd edib ki, məlumat daxil olan kimi əməkdaşlar həmin qəbirlərin ətrafında təmizlik işləri aparıb və qəbirlər tam bərpa olunub.
Qeyd edək ki, ötən gün xaricdə yaşayan həmyerlimizin valideynlərinin qəbrinin ətrafının baxımsız olması ilə bağlı redaksiyamıza ünvanladığı şikayəti işıqlandırmışdıq.
Əzizə İsmayılova