Bakıda 37 yaşlı qadın faciəli şəkildə ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisindəki mənzildə baş verib. Bakı sakini - 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12