Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Vəfadar Ayazik oğlu Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Rəna Eynulla qızı Orucovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Mirzəyev şübhəli şəxs qismində tutulub.
Qaynar xətt:
(055) 224 12 12