Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
“Report” xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.
00:01
Paytaxtın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.