Yasamalda asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının binasına qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Hal-hazırda “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının binasının qarşısından İsgəndər Zülalov küçəsi ilə kəsişməyə qədər (“Kaktus” restoranının yanı) olan hissədə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.
Elvin Əhmədov
www.oxu.az