Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - kənar yolda (“Koroğlu” metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı bildirilib.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdı.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Elvin Əhmədov
www.oxu.az