Gömrük Komitəsi I rübün avtomobil idxalı ilə bağlı hesabatı açıqladı.
Bu ilin yanvar-mart aylarında Azərbaycana cəmi 22 511 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin I rübü ilə müqayisədə 5,3% artım deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Ölkəyə gətirilən avtomobillərin içində sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 120 ədəd təşkil edib.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 20 305 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri 1 952 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri isə 134 ədəd olub.
Gülnarə Zeynalova
www.oxu.az