Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinlərinin şikayətindən sonra polis cinsi azlıqları həmin ərazidən yığışdırsa da, bu, çox qısa müddət çəkib. Belə ki, cinsi azlıqlar yenidən həmin yerə toplaşamağa başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə sakinlər Bizimyol.info-nun əməkdaşına məlumat veriblər.
Reportyor əraziyə yollanarkən şahid olub ki, cinsi azlıqlar polisin gözü qarşısında Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər.
Sakinlər bildirdilər ki, onlar ictimai əxlaqsızlıqdan gecələr yaşadıqları ərazidə hərəkət edə bilmədiklərindən bu dəfə Prezident Administrasiyasına gedərək şikayət edəcəklər. Qeyd edək ki, sakinlər bir müddət öncə Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, tabeliklərində olan polis orqanlarına ərazini daimi nəzarətdə saxlaması üçün tapşırıq verilməsini istəmişdilər.