“Bu günə qədər vəziyyəti ağır olan 400-ə yaxın qazimizin yaşadığı ünvanda olmuşuq”.
Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, “YAŞAT” Fondu 14 744 şəxsin müraciətlərini öhdəliyinə götürüb. Bu, həm qazilərə, həm də şəhid ailələrinə aiddir.
“Həftə ərzində 40 vətəndaşın qəbulu həyata keçirilir. Bəzən bu rəqəm 60-dan çox olur. Biz heç vaxt fondun qapılarını kiminsə üzünə bağlamamışıq”, - deyə E.Hüseynov əlavə edib.
Həmçinin qeyd edilib ki, ən çox vətəndaş müraciəti 57,3 faizlə tibb sahəsi üzrədir.
Daha ətraflı Baku TV-nin süjetində: