Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirildi - FOTO
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev görülmüş və nəzərdə tutulan işlər, Fondun yeni yaradılmış yashat.gov.az portalı, eyni zamanda Himayəçilik Şurasının fəaliyyətinin təşkili Qaydaları barədə məlumat verib.
Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
"Ülvi Mehdiyev" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "Vətəndaşın sualı cavabsız qalmamalıdır"
- "ASAN müraciət"in 2024-cü il üzrə hesabatı təqdim olundu
- İşğaldan azad olunmuş ərazilərimizdə "ASAN xidmət" mərkəzləri yaradılacaq
- Pakistanın baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
- BMT "ASAN xidmət"i 4 qitədə təşviq edəcək