"ASAN xidmət" sadəcə vətəndaşlara xidmət göstərən bir mərkəz deyil, Prezidentin dövlət xidmətləri sahəsində həyata keçirdiyi institusional islahat, korrupsiyaya qarşı mübarizə və rəqəmsal transformasiyanın təməl daşı olan unikal bir modeldir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.
* Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO
* YAŞAT Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? - VİDEO
* Dünyanın maraqla izlədiyi Azərbaycan modeli: Səyyar "ASAN xidmət" necə işləyir? - VİDEO
* "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? - VİDEO
* Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" - AÇIQLAMA - VİDEO
* Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? - VİDEO
* Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" - VİDEO
Agentlik sədrinin sözlərinə görə, 2012-ci ildə təməli qoyulan bu modelin əsasında şəffaflıq, rahatlıq, əlçatanlıq və bürokratiyadan azadlıq prinsipləri dayanır.
Ülvi Mehdiyev qeyd edib ki, BMT-nin İnsan Hüquqları Şurasının xüsusi qətnaməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinə birbaşa töhfə verən bu platforma, vətəndaş hüquqlarının təmin edilməsi üçün əsaslı hüquqi bazadır.
"ASAN xidmət"in rəqəmsal transformasiya prosesindəki roluna toxunan Ülvi Mehdiyev vurğulayıb ki, qurum tərəfindən indiyədək 50-dən çox informasiya sistemi yaradılıb.
Sədr bildirib ki, dünyanın bir çox ölkəsinin bu modeli öz ərazilərində tətbiq etməkdə maraqlı olmasının əsas səbəbi, onun biznes proseslərini optimallaşdıran və dövlət idarəçiliyini rəqəmsallaşdıran uğurlu mexanizm olmasıdır.