"YAŞAT Fondunda maliyyə çətinlikləri və ya qazilərin müalicə problemləri ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və Fondun fəaliyyəti ilə bağlı hazırda heç bir problem yaşanmır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.
* Dünyanın maraqla izlədiyi Azərbaycan modeli: Səyyar "ASAN xidmət" necə işləyir? - VİDEO
* "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? - VİDEO
* Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" - AÇIQLAMA - VİDEO
* Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? - VİDEO
* Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" - VİDEO
Agentlik sədrinin sözlərinə görə, Fondun yaradılmasında əsas məqsəd vətəndaşların şəhid ailələri və qazilərə olan yardım və həmrəylik istəklərini vahid platformada cəmləmək olub. Ötən müddət ərzində YAŞAT Fondu tərəfindən 19 268 şəhid ailəsi üzvü və müharibə əlili olmaqla, ümumilikdə 110 minə yaxın müraciət həll edilib və bu məqsədlə 96 milyon manata yaxın vəsait xərclənib.
"Hazırda Fondun fəaliyyəti əsasən icbari tibbi sığorta zərfinə daxil olmayan müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəlib. Digər sahələrdə - kreditlərin bağlanması, mənzil şəraitinin yaxşılaşdırılması və təhsil xərcləri artıq dövlət tərəfindən müvafiq proqramlar həyata keçirildiyi üçün Fondun fəaliyyəti daha çox tibbi istiqamətdə cəmləşib. Platforma vətəndaşların ianələri hesabına fəaliyyət göstərir və vətəndaşların dəstəyi davam etdikcə, YAŞAT öz funksiyasını icra etməyə davam edəcək".