Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər
Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında dörd məsələ gündəliyə daxil edilib.
Oxu.Az-ın xəbərinə görə, bunlar komitənin MM-in yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı, “Yaşıllıqların mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə qanun layihələridir.
Qeyd edək ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.
“Yaşıllıqların mühafizəsi haqqında” qanunun 11.0.2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə, yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyələrdən məlumat hüququ təsbit olunsun.
İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə edilən texniki xarakterli dəyişiklikdə isə qeyd olunur ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min, hüquqi şəxslər isə üç min manat miqdarında cərimələnsinlər.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər