Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yayılan səs yazısına görə cəzalandırılan direktordan daha bir şikayət - FOTO
Bakı şəhərində fəaliyyət göstərən 49 nömrəli “İntellekt” məktəb-liseyi ilə bağlı daha bir şikayət yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
İddia edilib ki, məktəbin direktoru Təhminə Əsədova orada xanədanlıq quraraq qohumlarını təhsil ocağına işə düzəldir, eyni zamanda, pul qarşılığında şagird yerini satır. Nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 49 nömrəli məktəb-liseyin direktoru haqqında qeyd edilən məsələ ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Qeyd olunan şagird təhsilini öz sinfində davam etdirəcək”.
Qeyd edək ki, bu ilin fevral ayında da 49 nömrəli “İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq, valideynlərdən pul tələb edib.
BŞTİ tərəfindən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
İlhamə Əbülfət
Rəylər