Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeddi yaşlı Mirismayılın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Yeddi yaşlı Mirismayılın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Mirvaleh Ağalarov məlumat verib.
O bildirib ki, övladının sol gözü bir neçə ay əvvəl amputasiya olunub.
"Mirismayıl 2017-ci ildə anadan olub. Onun iki yaşı olanda gözündə olan şişə görə həkimə müraciət etdik. Birinci dəfə onun gözü əməliyyat olundu və həmin şiş götürüldü. Daha sonra yenidən eyni şiş əmələ gəldi və biz övladımızın xərçəng olduğunu öyrəndik. Ondan sonra Mirismayıl tam 7 dəfə müxtəlif göz əməliyyatları keçirib. İki ay əvvəl isə onun gözü amputasiya olundu. Mirismayıl dünyada yeganə uşaqdır ki, 47 kimyaterapiya qəbul edib".
Mirvaleh Ağalarov övladının gözünə implant qoyulacağını bildirib.
"Biz avqustun 26-sı yenidən Türkiyəyə qayıtmalıyıq. Orada Mirismayılın gözünün ölçüsü götürüləcək və implant hazırlanacaq. Bu implantın qiyməti isə 4 000 avrodur. Övladımın xəstəliyi ilə əlaqədar mən illərdir işləmirəm, ancaq xəstəxanaları gəzirik. Yardımsevər şəxslərdən Mirismayıla yenidən dəstək olmaqlarını xahiş edirəm".
Kapital Bank: 5404 0852 3839 2445.
Ailə ilə əlaqə: (055) 757 52 42.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir
- Ana köməyə çağırır: "Qızım dözülməz qıcolmalardan əziyyət çəkir"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- 23 yaşlı gəncin dəstəyə ehtiyacı var
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Rəylər