Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ruhiyyə Ağanmədova məlumat verib.
O bildirib ki, övladı avqustun 15-i ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb.
"Ümidin yeddi yaşı var, avqustun 15-i həyətdə oynayarkən qaynar vedrəni üzərinə aşırdıb. Nəticədə onun ayaqları, qolları ağır dərəcədə yanıb. Bizi həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orda müalicə aldıqdan sonra, evimizə çıxdıq".
Ruhiyyə Ağanmədova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Ümidin mazlarını və dərmanlarını almaq üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik. İnanın bu günlər ərzində əlimizdə olanları onun müalicəsi üçün vermişik. İndi isə buna gücümüz yoxdur".
Ailə ilə əlaqə: (055) 952-50-89.
Uni Bank: 5243 7544 4323 0709.
"yardıma ehtiyacı olanlar" teqi üzrə xəbərlər
- Üzünün və bədəninin bir hissəsi yanan Fərhadın köməyinizə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- 4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim qürbət ölkədə yardım gözləyir: 3 min manat əskik qalıb
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
Rəylər