Dünən Bakıdakı restoranlarından birində yəhudi əsilli Konstantinlə azərbaycanlı Ellada xanımın toy mərasimi keçirilib.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, onların toyunda hər kəsi təəccübləndirən məqam gəlin maşını olub.
Adətən gəlini toya maşınla, bəzi hallarda faytonla aparsalar da, bu toyda bəy gəlini aparmaq üçün avtobus bəzədib.
Yəhudi əsilli bəy bu avtobusun üzərinə “Biz evlənirik” deyə yazmağı da unutmayıb.
Onlar qeyri-adi gəlin maşını ilə şadlıq sarayına getməyi fərqlilik hesab ediblər.
Amma bəyi və dostlarını düşündürən bir məqam avtobusla tıxaca düşmək qorxusu olub. Şadlıq sarayına gələnə qədər isə bəylə gəlin bu avtobusla şəhərin görməli yerlərini gəziblər.