Yekaterinburqda ermənilər tərəfindən azərbaycanlının qətlə yetirilməsindən sonra şəhər hakimiyyəti və Azərbaycanın diplomatik nümayəndəliyi qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərə başlayıb.
Oxu.Az ura.ru saytına istinadla xəbər verir ki, Yekaterinburqda Karl Libknext küçəsi, 5 ünvanında yerləşən Azərbaycan konsulluğu ərazisində polis mühafizəsinin gücləndirilməyi xahiş edilib və binaya yaxın parkinqdə olan avtomobillərin oradan çıxarılması tələb olunub.
Bununla belə şəhər meriyası öncə icazə verilmiş qondarma “erməni soyqırımı” ilə bağlı “Sülh yürüşü”nü qadağan edib. Yürüş erməni Surb Ovannes Karapet kilsəsindən start götürməli idi.
Xatırladaq ki, ötən bazar günü Yekaterinburq yaxınlığında kafelərin birində 27 yaşlı azərbaycanlı Emil Hüseynov qətlə yetirilib. Cinayətdə 23 yaşlı erməni idmançı Tiqran Çiçakyan şübhəli bilinir.
www.oxu.az