Əziz oxucularımız!
Oxu.Az-ın bütün kollektivi adından sizi artıq bir neçə saatdan sonra başlayacaq 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik!
Ötən il bizlərdən kimlər üçün çətin oldu, kimlərəsə əksinə, uğur və xoşbəxtlik gətirdi.
Bizim üçün 2013-cü il xüsusi əhəmiyyətli oldu - çox iş görüldü, çox problemlər həllini tapdı, həm yaxşı, həm də kədərli hadisələr baş verdi.
Kimlərsə həyatdan birdəfəlik getdi, kimlərsə dünyaya göz açdı bu ildə.
Ötən il həm qəmgin hadisələr, həm də ümid doğuran dəyişikliklərlə yadda qaldı. Və biz, bütün imkanlarımız daxilində çalışdıq ki, sizləri operativ və maraqlı şəkildə həmin hadisələr barədə məlumatlandıraq, daim ictimaiyyəti həm ölkədə, həm də onun hüdudlarından kənarda baş verən hadisələrdən xəbərdar edək.
Biz, həmyerlilərimizin uğursuzluq və qalibiyyətlərini (xoşbəxtlikdən, qalibiyyətlər daha çox oldu) sizlərlə birlikdə yaşadıq, idmançılarımızın uğurlarına sevindik, diplomatlarımızın səylərini müşahidə etdik, ermənilər tərəfindən işğal olunmuş torpaqlarla sərhəddə keşik çəkən övladlarımıza görə narahat olduq, bəzi ölkələrin bizə qarşı apardıqları ikili standartlara etirazımızı bildirdik.
Lakin ən başlıcası - biz bu ili sizlərlə, əziz oxucularımızla keçirdik. Hansısa səhvlərə yol verməyimiz və buna görə sizlərin tərəfindən haqlı tənqidə məruz qalmağımıza baxmayaraq, siz bizim üçün çox mühüm olan bu il ərzində bizimlə qaldınız və sizin sayınız daim artmaqda oldu ki, bu da bizə öz işimizi heç də pis görmədiyimizə ümid bəsləməyə əsas verir.
Bu, ilk yeni ildir ki, onu sizinlə birlikdə Oxu.Az İnformasiya Agentliyi kimi qarşılayırıq. Lakin əlbəttə ki, bu, sonuncu belə il deyil.
Və icazə verin ki, əziz oxucular, sizlərə və doğmalarınıza yeni, 2014-cü ildə uğurlar, bizim ümumi evimizə - Vətənimiz Azərbaycana - gözəl ölkəmiz Azərbaycana çiçəklənmə və qələbə arzulayaq!
Yeni İliniz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü mübarək olsun!
Allah Azərbaycanımızı qorusun!
Hörmətlə,
Elvin Şirinli
Oxu.Az İnformasiya Agentliyinin məsul redaktoru