Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yeni istifadəyə verilmiş qatarları daşa tutdular
Bayram günlərində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.
ADY-dən Oxu.Az-a verilən məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur.
"Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar", - məlumatda qeyd olunur.
Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı
- Qatarı dayandıran inəyə görə səkkiz min manat CƏRİMƏ
- Selin fəsadı ilə bağlı RƏSMİ CAVAB: "Siyəzəndə dəmiryol ərazisində ziyan olmayıb"
- ADY: "Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur"
- Yevlax-Ağdam dəmir yolunun yenidən qurulması nə vaxt başa çatacaq?