Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək? - VİDEO
Metronun yeni stansiyaları gələn ilin əvvəlində istifadəyə veriləcək.
Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, gələn il təhvil verilməsi planlaşdırılan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları metronun bənövşəyi xəttinə daxildir. Artıq stansiyalarda tikinti işləri demək olar ki, yekunlaşıb və ərazidə abadlıq işləri aparılır.
Daxildə isə avadanlıqların qurşadırılması həyata keçirilir. Stansiyalarda eskalatorlar hazır vəziyyətə gətirilib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminini olması ilə fərqlənir. Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma ilk mərhələdə burada 5 vaqon hərəkət edəcək. Yeni stansiyalarda fiziki qüsurlu insanların istifadəsi üçün də şərait yaradılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd edib ki, digər sərnişinlərdən fərqli olaraq əlil insanlar yerin üstündən bu liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər. Yeni vaqonlarda onlar üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə biləcəklər.
Nəsimi Paşayev onu da bildirdi ki, bundan sonra inşa ediləcək bütün stansiyalarda fiziki qüsurların istifadəsi üçün liftlər quraşdırılacaq.
“Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları gələn ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının mərkəzindəki köməkçi yolda yeni qadağa nişanları qoyuldu
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
Rəylər