Parlament Jurnalistləri Birliyi “Yeni Müsavat” qəzetinin əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun vəhşicəsinə döyülməsini pisləyən bəyanatla çıxış edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bəyanatda bildirilir:
“Jurnalistə qarşı belə amansız davranış bizi hiddətləndirib. Belə hadisələr ölkədə sabit vətəndaş cəmiyyətinin qurulmasına öz mənfi təsirini göstərir. Biz bu cinayəti törədən təqsirkarların tezliklə tapılıb cəzalandırılmasını istəyirik. Ümid edirik ki, hüquq-mühafizə orqanları jurnalist Fərahim İlqaroğluna qarşı törədilən bu amansız hücumun təqsirkarlarını yaxın zamanda üzə çıxaracaq”.