Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yeni Müşfiq qəsəbəsində baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO
Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Yeni Müşfiq qəsəbəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 18 kvadratmetr sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər.
Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

13:58
Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sakinlər binadan təxliyə ediliblər.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
Görülmüş müvafiq tədbirlər nəticəsində yanğın söndürülüb.
Nəzrin Vahid
Rəylər