Bu ilin iyul ayında Yer kürəsi əhalisinin sayı 7,2 milyard nəfərə çatacaq.
APA-nın məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir. Artım yoxsul və inkişaf etməkdə olan ölkələrin hesabına baş verəcək.
BMT ekspertlərinin fikrincə, 2025-ci ildə Yerdə əhalinin sayı 8,1 milyard nəfər, 2100-cü ildə isə 10,9 milyard nəfər olacaq.
Lakin son rəqəm dəqiq deyil. Yenə də ekspertlərin fikrincə, qlobal təhlükələr və inkişafı nəzərə alanda, yüzilliyin sonunda planetin əhalisinin sayı 16,6 milyard nəfərədək arta, və ya 6,8 milyard nəfərədək azala bilər.
Alman Yer Əhalisi Fondu hesablayıb ki, hər dəqiqə planetimizin əhalisi 155 nəfər artır ki, bu da illik hesablamada faktiki olaraq, Almaniyanın əhalisinin sayına bərabərdir.
Qeyd edək ki, son illər Azərbaycanda da əhalinin sayında artım müşahidə olunur. Belə ki, 2012-ci ilin yekununa əsasən Azərbaycan Respublikası üzrə əhalinin gözlənilən sayı 9 milyon 356,5 min nəfər olub.
www.apa.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin