Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yevlaxda ağır qəza: ölən və yaralılar var
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax-Şəki yolunun Xanabad kəndindən keçən hissəsində qeydə alınıb.
“Pikap” markalı maşınla “VAZ 2106” markalı avtomobil toqquşub.
Nəticədə, “VAZ”da olan, Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu ölüb. Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri – 1992-ci il təvəllüdlü Allahverdiyev Orxan Nofəl oğlu, 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Tural Namiq oğlu və 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğludur. Ölən və xəsarət alanların hamısı “VAZ 2106” markalı avtomobildə olub.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev