Yevlax rayonunun Aran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində dünyasını dəyişən şəxs VAZ markalı avtomobilin sürücüsü Bəhram Muradovdur.
Faktla bağlı araşdırma aparılır.
16:40
Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2115 markalı minik avtomobili ilə digər avtomobil toqquşub.
Nəticədə VAZ-2115-in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.