Yevlax şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, “VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər, 1998-ci il təvəllüdlü R.Dadaşov və 1964-cü il təvəllüdlü A.Salmanov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.