Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avtobusun TIR-la toqquşması nəticəsində sərnişin xəsarət alıb
Bu gün saat 10:50-də Bakı-Qazax magistral yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində "SCANIA" markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan "Mercedes-Benz" markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilib.

"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI