Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərinin Qoyunbinəsi kəndində “Hyundai” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və 1967-ci il təvəllüdlü Namazov İlqar Yaqub oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
20:40
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə İncə çayı üzərində olan körpüdə qeydə alınıb. Yük avtomobili və minik maşınının toqquşması nəticəsində, üç nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.