Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yol kənarlarındakı təhlükə mənbəyi: İstismara yararsız və tərk edilmiş avtomobillər
Son illər şəhərlərimizin küçələrində narahatedici bir mənzərə ilə tez-tez rastlaşırıq - yol kənarlarına atılmış, yararsız vəziyyətdə olan və sahibsiz qalmış avtomobillər.
Bu avtomobillər şəhərlərin estetik görünüşünü korlamaqla yanaşı, ekoloji tarazlığa və yol hərəkəti təhlükəsizliyinə də ciddi təhdid yaradır.
Oxu.Az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlayıb.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, illərdir istismar olunan və texniki baxımdan yararsız vəziyyətə düşən bu avtomobillər həm ətraf mühitin çirklənməsinə səbəb olur, həm də xüsusilə sutkanın qaranlıq vaxtlarında və ya məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçıları üçün real təhlükə mənbəyinə çevrilir.
"Onların sahiblərinin müəyyən edilməsi əlavə vaxt itkisinə, evakuasiyası isə sonradan şikayətlərə, mülki zəmində mübahisələrə səbəb olur. Ölkəmizdə köhnəlmiş nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, bununla yanaşı, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinə sürətli keçidin stimullaşdırılması məqsədilə zəruri addımlar atılıb, utilizasiya proqramı qəbul edilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin çıxdaş edilməsi ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edilib, bu sahədə qeydiyyat hərəkətlərinin aparılması sadələşdirilib.
Odur ki, bir daha mülkiyyətində və ya sahibliyində olan avtomobilləri yol kənarlarına atan şəxslərə müraciət edərək, bu kimi halların yolverilməz olduğunu bildirir, onları utilizasiya proqramından yararlanmağa, eləcə də ətraf mühitin qorunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çağırırıq. Hesab edirəm ki, bu həm də COP29 ərəfəsində ölkəmiz barəsində müsbət imicin formalaşmasına verilən töhfə olardı", - deyə M.Ağayev qeyd edib.
Əzizə İsmayılova
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə XƏBƏRDARLIQ EDİB
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: "Ətrafdakı insanları nəzərə alın"
- Bakıda ana və iki övladının vurulması ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ