Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BDYPİ sürücülərə çağırış etdi
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində problem olan sürücüləri müraciət edib.
İdarədən Oxu.Az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"İsti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq büruzə verir.
Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da bəzən xoşagəlməz sonluqla nəticələnir".
BDYPİ məlumatında qeyd edilir ki, dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirdi
- Polisə tabe olmayan sürücü həbs edilib
- Biri azyaşlı olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ-dən ÇAĞIRIŞ
- BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ
- DYP-dən qeyri-sabit hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT
Rəylər