Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Yüksəliş” müsabiqəsinin yeni imtahanı iki həftə sonra keçirilə bilər
Xəbər verdiyimiz kimi sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi zamanı kütləvi zəhərlənmə baş verib.
“Yüksəliş” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva Oxu.Az-a bildirib ki, “Yüksəliş” müsabiqəsinin yeni imtahanı iki həftə sonra keçirilə bilər:
“Həftəsonu “Yüksəliş” müsabiqəsinin imtahanı zamanı zəhərlənən şəxslər artıq xəstəxanadan evə buraxılıb. Zəhərlənmə halı üç-dörd mərkəzdə qeydə alınıb. Hazırda onların vəziyyəti yaxşıdır”.
“Hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən ekspertizanın rəyi gözlənilir. İmtahanlarda yeni sualların hazırlanması üçün ekspertlər çalışırlar. İmtahanların keçiriləcəyi gün barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayan ikinci imtahanında 24 mərkəzdən 5-ində qidadan zəhərlənmə halı qeydə alınıb.
İlhamə Əbülfət
Rəylər