“Yoluxan insanların sayı artdıqca, hospitalizasiya riski də artır. Bu da xəstəxanada yerlərin dolmasına səbəb olur. Odur ki, qaydalara riayət edilməsi vacibdir”.
Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, yüngül koronavirus olsa belə, xəstəxanalar dola bilir:
“Xəstəxanaların dolması, ölüm sayının artmasına səbəb ola bilər. Bayaq da sadaladığım kimi bəzi ölkələr bir çox məhdudiyyətlərə getdilər”.