“E-TƏBİB mobil proqramı hazırlanır”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, bu proqram vasitəsilə xəstələrin vəziyyətinə nəzarət ediləcək:
“Bununla yüngül vəziyyətdə olan pasiyentlərin evdə müalicəsinə nəzarət olunacaq. Ərazi üzrə poliklinikalarda çalışan həkimlərimiz tərəfindən 12 saatdan bir pasiyentlərlə əlaqə yaradılacaq, onlara müəyyən alqoritmlər üzrə telefon vasitəsilə sorğu ünvanlanacaq. Alınan cavablar mərkəzi bazaya əlavə ediləcək və mütəxəssislər tərəfindən incələnəcək. Bunun əsasında isə onların vəziyyətlərinə görə dəyərləndirmə aparılacaq, aidiyyəti üzrə xəstələrin müalicəsinin evdə davam etdirilməsinə və ya pandemiya üçün ayrılan müvafiq xəstəxanalara yerləşdirilmələrinə baxılacaq”.
Könül Cəfərli